Gürcüstan - Almaniya 0:2 VİDEO

01:30 - 30 Mart 2015

Sxadadzenin siftəsini almanlar korladı
 
AÇ-2016-nın seçmə mərhələsində Gürcüstan millisi doğma divarlar arxasında son dünya çempionu Almaniya yığmasını qəbul edib.
 
Sportal.az xəbər verir ki, ölkəmizdə “İnter”i çalışdıran Kaxabar Sxadadzenin başçılığı altında gürcülər seçmə mərhələdə ilk rəsmi oyunlarına çıxıblar. Lakin qonşu ölkənin komandası Bundestimin hücumları qarşısında davam gətir bilməyib. Almaniya yığması oyunun taleyini elə ilk 45 dəqiqədə həll edib. Roys və Müllerin qolları qonaqlara 2:0 hesablı  qələbə qazandırıb.
 
 
Gürcüstan – Almaniya  0:2
Qollar: Roys, 39, Müller, 44   

 

Xəbər xətti