Portuqaliya - Serbiya 2:1 VİDEO

02:30 - 30 Mart 2015

Koentrau komandasına 3 xal qazandırdı
 
AÇ-2016-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib.
 
Sportal.az xəbər verir ki, İ qrupunun maraqlı oyunlarından biri Lissabonda Portuqaliya və Serbiya yığmaları arasında baş tutub. 10-cu dəqiqədə meydan sahiblərindən Rikardu Karvalyu hesabı açıb. Fasiləyə üstün yollanan portuqaliyalılar üçün ikinci hissə elə də yaxşı başlamayıb.  61-ci dəqiqədə Nemanya Matiç hesaba tarazlıq gətirib. Lakin qonaqların qol sevinci cəmi 2 dəqiqə çəkib. Fabiu Koentrau yenidən prineylilər hesabda önə keçirib. Qalan vaxt ərzində üstünlüyü əldən verməyən Portuqaliya yığması sonda 2:1 hesablı qələbəni bayram edib.
 
Portuqaliya – Serbiya  2:1
Qollar:
 Karvalyu, 10, Koentrau, 63 – Matiç, 61     

 

Xəbər xətti