Qattuzo ÇL-da favoritini açıqladı

16:15 - 30 Mart 2015

"Yuventus”kuboku qazanmağa daha yaxındır"
 
“Milan”ın sabiq futbolçusu Cennaro Qattuzo Çempionlar Liqası turnirində favoritini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, italiyalı veteran futbolçu cari mövsüm “Yuventus”un kuboka sahib çıxacağını deyib. Lakin sabiq yarımmüdafiəçi turinlilərin 1/4 finalda “Monako”yla qarşılaşmada ehtiyatlı oynamalarını məsləhət görüb:
 
“Yuventus”kuboku qazanmağa daha yaxındır. Çünki, turinlilər cari mövsüm komanda olaraq  yaxşı oyun göstərir. Belə turnirlərdə bəxt amili də böyük rol oynayır. “Yuventus”  turnirin ¼ finalında “Monako”yla oyunda ehtiyatlı olmalıdır. Yaddan çıxarmaq lazım deyil ki, Fransa komandası 1/8 finalda “Arsenal”ı mübarizədən kənarlaşdırıb. 2003-cü ildə biz 94-cü dəqiqədə qol vuraraq “Ayaks”a qalib gəldik. Həqiqətən həmin oyunda bəxtimiz gətirdi. Əgər “Yuventus” öz oyununu oynasa, onda kuboku İtaliyaya gətirə bilər”.          

Xəbər xətti