“Hollandiya yığması bərbad vəziyyətdədir"

18:00 - 30 Mart 2015

Yohan Kroyf: "Belə oyunla milli uzağa gedə bilməz”
 
Hollandiya futbolunun əfsanəlirdən sayılan Yohan Kroyf ölkəsinin yığma komandasının AÇ-2016-nın seçmə qrup mərhələsində çıxışını tənqid edib.
 
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis Hollandiya millisinin evdə Türkiyə yığmasına qarşı oyununu belə dəyərləndirib:
 
Hollandiya yığması türklərə qarşı bərbad oyun göstərdi. Müdafiçilər eləcə də mərkəzda oynayan futbolçular bir-birlərini başa düşmürdülər. Demək olar ki, xətlərarası əlaqələr iflic vəziyyətində idi. Ancaq oyunda bir şey gördüm, o da futbolçuların geri ötürmələr etməsi oldu. Türkiyə yığmasına qarşı göstərdiyimiz oyun biabirçılıq idi. Belə oyunla komanda uzağa gedə bilməz”.  

Xəbər xətti