"Simurq" tam heyətlə AZAL-la matça hazırlaşır

20:10 - 30 Mart 2015

27-ci turun hazırlıqları

 

Premyer Liqanın 27-ci turunda doğma arenada "AZAL"la qarşılaşacaq "Simurq" tam heyətlə hazırlıqları davam etdirir.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, bu gün növbəti məşqinə çıxan "Simurq", xüsusən taktiki ağırlıqlı tapşırıqları yerinə yetirib. 

 

Zaqatala təmsilçisi sabah son çalışmalarını yerinə yetirəcək. Bundan sonra isə istirahətə çəkilərək, görüşün başlama vaxtını gözləyəcək.  

 

Qeyd edək ki, "Simurq" - "AZAL" oyunu aprelin 1-də saat 15:00-da start götürəcək. Qarşılaşma "İdman Azərbaycan" kanalından canlı yayımlanacaq. 

Xəbər xətti