"Düşünmürəm ki, məni baş məşqçi postundan uzaqlaşdırsınlar"

02:00 - 31 Mart 2015

Hiddink istefa vermək fikrində deyil
 
AÇ-2016-nın seçmə mərhələsində doğma meydanda Türkiyə millisi ilə heç-heçə (1:1) edən Hollandiya yığması qrupda 3-cü pillədə qərarlaşıb.
 
Sportal.az xəbər verir ki, 5 oyundan 7 xal yığan holandiyalıların final mərhələsindən kənarda qalmaq ehtimalı var. Baş məşqçi Qus Hiddink millinin qarşıdakı oyunlarda uğur qazanacağına inanır. 68 yaşlı mütəxəssis hələ ki, istefa təhlükəsi ilə üzləşmədiyini deyir:
 
“Düşünmürəm ki, məni baş məşqçi postundan uzaqlaşdırsınlar. Qarşıda çətin oyunlarımız olsa belə inanıram ki, qalib gələcəyik. Hələ heç nə itirilməyib və final mərhələsinə vəsiqə qazanmaq şansımız var. Ümid edirəm ki, komanda növbəti oyunlarda uğurlu nəticələr qazanaraq adını final mərhələsinə yazdıracaq”.        

Xəbər xətti