AZAL-a texniki məğlubiyyət verildi

13:03 - 31 Mart 2015

İntizam Komitəsinin qərarları

 

İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.

 

 

Sportal.az sizi həmin qərarlarla tanış edir:

 

 

18 mart 2015-ci il U-19 Liqasının “Neftçi” – AZAL matçının 40-cı dəqiqəsində AZAL klubunun 14 №-li futbolçusu Cavid Qasımov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

 

18 mart 2015-ci il U-19 Liqasının “Simurq” – “Sumqayıt” matçının 63-cü dəqiqəsində “Sumqayıt” klubunun 63 №-li futbolçusu Tural Fatdayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. Oyunun 89-cu dəqiqəsində “Simurq” klubunun 66 №-li futbolçusu Cavidan Ömərli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.

 

18 mart 2015-ci il U-19 Liqasının “Əlincə” – “Xəzər Lənkəran” matçının 90+1-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 70 №-li futbolçusu Eduard Rəfiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

 

25 mart 2015-ci il U-19 Liqasının “İnter” – “Neftçi” matçının 83-cü dəqiqəsində “Neftçi” klubunun 70 №-li futbolçusu Sərxan Əhmədli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

 

29 mart 2015-ci il U-19 Liqasının “Əlincə” – AZAL matçında AZAL klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

 

29 mart 2015-ci il U-19 Liqasının “Neftçi” – “Bakı” matçının 9-cu dəqiqəsində “Bakı” klubunun 35 №-li futbolçusu Ülvi Əliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

 

29 mart 2015-ci il U-19 Liqasının “Simurq” – “İnter” matçının 68-ci dəqiqəsində “Simurq” klubunun 92 №-li futbolçusu Abdulla Seyidəhmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

 

23 mart 2015-ci il Bakcell U-17 Liqasının “Kəpəz” – “Neftçi” matçının 45-ci dəqiqəsində “Kəpəz” klubunun 5 №-li futbolçusu Həsən Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

 

26 mart 2015-ci il U-16 Liqasının “Şirvan” – AZAL matçında AZAL klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

 

28 mart 2015-ci il Coca-Cola U-13 Liqasının “Neftçi İK İB” – “İnter” matçının 38-ci dəqiqəsində “Neftçi İK İB” klubunun 1 №-li futbolçusu Murad Əhmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

 

28 mart 2015-ci il Atena U-12 Liqasının “Bakı” – AZAL matçının 38-ci dəqiqəsində “Bakı” klubunun 10 №-li futbolçusu Vüsal Əliyev və AZAL klubunun 13 №-li futbolçusu Rəhim Mustafayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.

 

Xəbər xətti