Rüfət Dadaşov oynamadı, komandası xal itirdi

13:13 - 1 Aprel 2015

26-cı turun matçı

 

Almaniya Regional Liqasında 26-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Saarbrüken” də növbəti matçına çıxıb. 
 

Adı çəkilən komanda doğma meydanda " Valdhof "la üz-üzə gəlib. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb. Dadaşova isə bu matçda "18-liy"ə belə salınmayıb.
 

Qeyd edək ki, "Saarbrüken" hazırda 56 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb

Xəbər xətti