Cavid İmamverdiyev "Elazığspor"dan ayrıldı

14:10 - 2 Aprel 2015

Futbolçu artıq Bakıdadı
 
Türkiyənin “Elazığspor” klubunda çıxış edən amma əsas heyətdən uzaqlaşdırılan Cavid İmamverdiyev yenidən "Neftçi"yə qayıdıb.
 
Sportal.az xəbər verir ki, Cavid ötən gün keçirilən Premyer Liqanın XXVII turunun “Neftçi” – “Bakı” matçını izləyib. O, qarşılaşmanın fasiləsində klubun Müşahidə Şurasının üzvü, klubun son prezidenti Sadıq Sadıqovla da görüşüb. O, əməkdaşımızla söhbətində Türkiyəyə qayıtmayacağını bildirib.

Xəbər xətti