Zola təzminatdan imtina etdi

02:25 - 3 Aprel 2015

“Kalyari” mütəxəssisə 3 ay pul verməli idi
 
İtaliya A seriyasının 26-cı turunda evdə “Samdoriya”ya 2:0-lıq məğlubiyyətdən sonra Canfranko Zola “Kalyari” klubunun baş məşqçi postundan istefa vermişdi.
 
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssisin müqaviləsi başa çatmadığı üçün qarşıdakı 3 ayda “Kalyari” Zolaya təzminat ödəməliydi.
 
Lakin təcrübəli çalışdırıcı jest edərək klubun ona verəcəyi təzminatdan imtina edib. Turnir cədvəlinin sonuncu pillələrində qərarlaşan “Kalyari”nin A seriyasını tərk etmək təhlükəsi var. Zolanı baş məşqçi postunda əvəzləyən Zdenek Zeman da komandanı çətin vəziyyədən qurtarmağa çalışır.       

Xəbər xətti