"Kəpəz" paytaxtdan xalla qayıdır

16:50 - 3 Aprel 2015

Qarşılaşmada iki qol
 
Bu gün Futbol üzrə Azərbaycan I Divizionda XXII turun növbəti oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki,  4 qarşılaşmadan artıq biri yekunlaşıb. MOİK doğma meydanında "Kəpəz"i qəbul edib. Matç 1-1 hesablı bərabərliklə başa çatıb.
 
MOİK 1–1 "Kəpəz”
Qollar: Cavid Həziyev, 33 (p.) // Ziyabil Məmmədov, 50
Hakimlər: Elgün Hüseynov, Cəmil Quliyev, Elçin Əsədov, Emin Musadiq
Hakim-inspektor: Vaqif Sadıqov
"Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 14:00

Xəbər xətti