"Qəbələ" "Xəzər Lənkəran"ı darmadağın etdi

12:30 - 4 Aprel 2015

U-19-dan iki qələbə

 

“Qəbələ” Futbol Akademiyasının bir neçə komandası ölkə xaricində təşkil olunan beynəlxalq turnirlərə qatılsa da, digər yaş qruplarındakı təmsilçilər daxili yarışlarda qüvvəsini sınayıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, U-19 komanda əvvəl “Xəzər Lənkəran”ı evdə 4:0, ardınca “Sumqayıt”ı səfərdə 2:1 hesabı ilə məğlub edib. 23 oyundan sonra hesabında 47 xal olan “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb. "Qəbələ" növbəti turda AZAL-ı qəbul edəcək.

 

Hazırda İtaliyada olan U-17 səfər öncəsi “Neftçi” İK İB-i rəqib meydanında 3:1 hesabı ilə məğlub edib. Növbəti turda “Neftçi”ni qəbul edəcək “Qəbələ” 17 matçda topladığı 47 xalla çempionatın turnir cədvəlinin 1-ci pilləsindədir.

 

Son qarşılaşmasında “Turan”ı 2:0 hesabı ilə məğlub edən U-16 21 görüşdə topladığı 56 xalla yarışın vahid lideridir. Son turda istirahət edən U-15 20 oyundan 44 xal toplamaqla 2-ci sırada qərarlaşıb. “Qırmızı-qaralar” növbəti turda “Vətən”in qonağı olacaq.

Xəbər xətti