"Əlincə" - "Bakı" matçının taleyini 1 qol həll etdi

18:10 - 4 Aprel 2015

"Ağ-narıncılar"dan növbəti qələbə
 
Bu gün U-12 liqasında növbəti turun görüşləri keçirilib.
 
Sportal.az xəbər verir ki, “Əlincə” 18-ci turun oyunları çərçivəsində “Dalğa Arena”da “Bakı” ilə üz-üzə gəlib. İlk hissədə hər iki komanda 1 dəfə real qol vurmaq şansı yaxalayıb. Ancaq tərəflərdən heç biri “çərçivə”yə düşə bilməyib.
 
İkinci yarıda isə “Əlincə” rəqib qapısı önündəki qarışıqlıq zamanı səssizliyi pozub. Önü boş olan Ümüd Həmzəyev topu effektiv vuruşla tora qovuşdurub. Bundan sonra müdafiəyəyə daha çox diqqət ayıran “ağ-narıncılar” yekunda 1:0 hesablı qələbəni bayram edib.

Xəbər xətti