"Komanda xal itiribsə, deməli günahkar mənəm"

22:15 - 4 Aprel 2015

Roberto Mançini: “Bəzi futbolçularda yoröunluq hiss olunurdu”
 
İtaliya A seriyasında evdə autsayder “Parma”yla heç-heçə edən “İnter”in baş məşqçisi xal itkisində məsuliyyəti öz üzərinə götürüb.
 
Sportal.az xəbər verir ki, milanlıların çalışdırıcısı oyundan sonra xal itkisinə belə şərh verib:
 
“Mən baş məşqçiyəm və xal itkisinə görə cavabdehlik daşıyıram. Sözsüz ki, “İnter”in sonuncu pillədə gedən komandayla heç-heçə erməsi hamımızı üzür. Futbolçular əllərindən gələni etdilər. Xal iskisinə görə məsuliyyəti futbolçular deyil, mən daşıyıram. Ola bilsin ki, hardasa səhvə yol vermişəm.
 
Digər tərəfdən də bəzi futbolçular millinin düşərgəsindən gəliblər. Onlarda da yorğunluq hiss olunurdu. Bu amillər də oyunuma təsir etdi. Bununla mən özümü sığortalamaq istəmirəm. Əgər komanda xal itiribsə, deməli, günahkar mənəm”.  

Xəbər xətti