Ruslan Qurbanov oynadı, komandası derbidə məğlub oldu

00:49 - 5 Aprel 2015

Futbolçumuz üçün 24 dəqiqə
 
Xorvatiya çempionatında 27-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası - "Hayduk" da növbəti matçına çıxıb.
 
Futbolçumuzun klubu doğma meydanda "RNK Split"lə qarşılaşıb. Split derbisi "Hayduk"un 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Qurbanov matçın 66-cı dəqiqəsində meydana çıxmasına baxmayaraq, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
 
Qeyd edək ki, "Hayduk" hazırda 37 xalla dördüncü pillədə qərarlaşıb.

Xəbər xətti