Amit Quluzadə yenə oynamadı

15:19 - 5 Aprel 2015

"18-lik"ə düşsə də...

 

Portuqaliya ikinci liqasında 37-ci turun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - "Atletiko" da növbəti matçına çıxıb.

 

Lissabon təmsilçisi doğma meydanda "Sportinq Kovilya" klubu ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Amit matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib. "Atletiko"nun ilk qolunu isə "Bakı"nın sabiq futbolçusu İbrahim Karqbo vurub.

 

Qeyd edək ki, "Atletiko" hazırda 35 xalla 24 komanda arasında 22-ci yerdə qərarlaşıb.

Xəbər xətti