İbrahim Uzunca "Bakı"dan qovuldu, komandanı "Qarabağ"la oyuna kim çıxardacaq?

15:35 - 5 Aprel 2015

Futbolçuların öhdəsindən gələ bilmədi

 

“Bakı” klubu baş məşqçisi İbrahim Uzuncanı klubdan qovub.

 

Sportal.az xəbər verir ki, yenidən icraçı direktor postuna qayıdan Yaşar Seyidov türk məşqçinin futbolçuların öhdəsindən gələ bilməməsini səbəb göstərərək komandadan uzaqlaşdırıb. Uzuncanın yerinə isə kluba kifayət qədər yaxın olan Novruz Əzimov baş məşqçilik edəcək.

 

Qeyd edək ki, komandanı "Qarabağ"la bugünkü oyuna da Əzimov çıxardacaq.

Xəbər xətti