Kamran Ağayevə 2 oyuna 8000 dollar

14:00 - 6 Aprel 2015

Klub rəhbərliyindən maraqlı addım
 
Türkiyə PTT I Liqasında çıxış edən "Kaysersipor" rəhbərliyi komandanı həvəsləndirmək üçün mükafat ayırıb.
 
Sportal.az xəbər verir ki, millimizin qolkiperi Kamran Ağayevin şərəfini qoruduğu Kayseri təmsilçisi ardıcıl iki turda "Albino Alanyaspor" və "Boluspor" matçlarında qələbə qazanacağı təqdirdə "premya" alacaq. Start heyətdə mübarizə aparan hər bir futbolçuya 20 min türk lirəsi (8 min dollar) ödəniləcək.
 
Qeyd edək ki, "Kayserispor" 26 turdan sonra 56 xalla liderdir, ikinci yerlə qərarlaşan "Adana Demirspor"la arasında 8 xal fərqi var.

Xəbər xətti