Mahir Şükürov hələ də "Karşıyaka"dan ayrı məşq edir

17:50 - 6 Aprel 2015

Futbolçumuz fərdi məşqlə kifayətlənir
 
Xəbər verdiyimiz kimi, millimizin üzvü Mahir Şükürov komandası "Karşıyaka"nın düşərgəsinə gec qoşulduğu üçün əsas komandadan uzaqlaşdırılıb.
 
Sportal.az xəbər verir ki, Mahir Şükürov hələ də komandadan uzaqdı. Belə ki, "Karşıyaka" bugündən etibarən "Bucaspor"la matçın hazırlıqlarına başlayıb, lakin Şükürov baş məşqçi Ayhan Akmanın qərarı ilə komandadan uzaq qalıb.

Xəbər xətti