U-13 liqasının qalibi məlum olub

20:38 - 6 Aprel 2015

Final matçı

 

U-13 qızlar Liqasının qalibi müəyyənləşib:

 

Sportal.az xəbər verir ki, Bayıl stadionunda keçirilmiş iki oyunla U-13 qızlar Liqasının cari mövsümünə yekun vurulub. 

 

“Təhsil” (Bakı) və “Babadağ” (İsmayıllı) komandaları arasında keçirilmiş final oyunu 2:2 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən “Babadağ” 2:1 hesabı ilə (ümumi hesab: 4:3) qələbə qazanaraq liqanın qalibi olub.

III yer uğrunda: “Fidan” (Bakı) 3:2 “İmişli” (İmişli)

Xəbər xətti