"Palermo" üçün yeni stadion inşa olunur

01:25 - 8 Aprel 2015

Klub rəhbəri arenanın tikilişinə nə qədər maliyyə buraxacaq?
 
“Palermo” klubunun sahibi Mauriçio Zamparini komandası üçün yeni stadion inşa etdirəcək.
 
Sportal.az xəbər verir ki, italiyalı iş adamının sözlərinə görə  yeni arenanın tikilişinə 2015-ci ilin sonunda start veriləcək.
 
Yeni stadiona 80-90 milyon avro buraxacaq biznesmen arenanın açılışını 2016/17 mövsümündə nəzərdə tutur. Hazırda “Palermo” ev oyunlarını 1932-ci ildə istifadəyə verilən 32 min tamaşaçı tutumuna malik olan “Renço Barbera” stadionunda keçirir.           

Xəbər xətti