"Aston Villa" - KPR 3:3 VİDEO

01:40 - 8 Aprel 2015

Benteke het-trik etdi və komandasını məğlubiyyətdən qurtardı          
 
İngiltərə Premyer Liqasında 32-ci tura autsayderlərin dueliylə start verilib.
 
Sportal.az xəbər verir ki, yüksək dəstəni tərk etmək təhlükəsi ilə üzləşən “Aston Villa” və KPR-in qarşıdurması maraqlı anlarla yadda qalıb.
 
Turnir cədvəlində qonşu olan komandaların oyununda tərəflər hərəyə 3 dəfə fərqlənib. 7-ci dəqiqədə Fillips qonaqları hesabda önə keçirib.
 
Lakin onun qoluna 3 dəqiqə sonra Benteke cavab verib. 33-cü dəqiqədə Bentekenin dublu “Aston Villa”nı fasiləyə hesabda üstün yollayıb.
 
İkinci hissənin əvvəlində Hill hesabı bərabərləşdirib. 78-ci dəqiqədə Austinin sayəsində qonaqlar ikinci dəfə hesabdə önə keçiblər. Lakin bu qoldan 5 dəqiqə sonra yenidən səhnəyə çıxan Benteke komandasını məğlubiyyətdən xilas edib.
 
 
İngiltərə Premyer Liqası  32-ci tur
 
 
“Aston Villa”  - KPR  3:3
Qollar:
Benteke, 11, 33, 83 - Fillips, 7, Hill, 55, Austin, 78         
 
 

Xəbər xətti