"Əlincə" - "Bakı" matçında 5 qol

20:22 - 8 Aprel 2015

U-19 liqası

 

Bu gün U-19 liqasında növbəti turun görüşləri baş tutub.

 

Sportal.az xəbər verir ki, "Əlincə" 27-ci turun oyunları çərçivəsində Masazır stadionunda “Bakı” ilə qarşılaşıb.

 

Görüş hər iki komandanın kəsərli hücumları ilə başlayıb. Nəticədə ilk qolu “zolaqlılar” vurub. Çox keçməmiş qapı önünə qaldırılan topu Əli Əliyev başla tora göndərib. Növbəti dəfə “Bakı” yenə üstünlüyü ələ alıb. Qonaqlar penalti zərbəsini dəqiq yerinə yetirib. Ancaq ruhdan düşməyən baş məşqçi Vasili Çeişvilinin yetirmələri Kazbek Qafarovla bərabərlik yaradıb. Ardından daha bir hücumu Xaliq İbrahimov dəqiq tamamlayıb – 3:2. Bu hesabdan sonra oyunda kobudluq daha çox gözə çarpıb. Referi hər iki komandanın futbolçularına “vərəqələr”i sıralayıb. Ancaq 3:2 hesabı görüşün sonuna kimi davam edib.

 

Beləliklə, "Əlincə"nin U-19 komandası 27-ci turu 3:2 hesablı qələbəylə tamamladı.

Xəbər xətti