Ruslan Qurbanov oynamadı, komandası heç-heçə etdi

02:20 - 9 Aprel 2015

Derbidə adını kim finala yazdıracaq? 
 
Xorvatiya ölkə kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Ruslan Qurbanovun şərəfini qoruduğu "Hayduk" (Split) doğma divarlar arxasında əzəli rəqibi RNK (Split) klubuyla üz-üzə gəlib.
 
Ruslan Qurbanov 18-likdə yer alsa da, derbidə meydana çıxmayıb. Spilit derbisində tərəflər hərəyə bir dəfə fərqləniblər - 1:1. Aprelin 22-də keçiriləcək cavab oyununda finala vəsiqə qazanacaq komandanın adına aydınlıq gələcək.  

Xəbər xətti