Luliç "Latsio"nu finala daşıdı

02:35 - 9 Aprel 2015

Paytaxt klubu "Yuventus"a rəqib oldu
 
İtaliya kubokunda yarımfinal mərhələsinin növbəti cavab oyunu keçirilib.
 
Sportal.az xəbər verir ki, finala vəsiqə qazanmaq uğrunda görüşdə "Napoli" və "Latsio" komandaları qarşılaşıb.
 
Romada keçirilən ilk oyunda heç-heçə qeydə alınmışdı - 1:1. Cavab matçında Luliçin 79-cu dəqiqədə vurduğu qol "Latsio"ya qələbə qazandırıb.
 
Qeyd edək ki, "Latsio" həlledici görüşdə "Yuventus"la qarşılaşacaq. Turin təmsilçisi ötən gün səfərdə "Fiorentina"ya 3:0 hesabı ilə qalib gələrək finalda oynamaq hüququ qazanıb.
 
İtaliya ölkə kubokunda yarımfinal mərhələsinin cavab oyunu  
 
"Napoli" - "Latsio"  0:1
Qol: Luliç, 79

Xəbər xətti