Məşqdə qapıçının burnu sındı

01:10 - 10 Aprel 2015

Marketti iki həftə "Latsio"ya kömək edə bilməyəcək
 
“Latsio” klubunun əsas qapıçısı Federiko Marketti sıradan çıxıb.
 
Sportal.az xəbər verir ki,  bugünkü məşqdə təcrübəli qolkiperin burnu sınıb. Zədə ciddi olduğundan həkimlər qapıçının cərrahiyyə əməliyyat masasına uzadıblar. Paydeya klinikasında əməliyyatı olunan “çərçivə” qoruyucusu iki həftə meydanlardan kənarda qalacaq.
 
Belədə Marketti aprelin 12-də “Empoli” ilə ardınca 18-də “Yuventus”la qarşılaşmada komandasına kömək edə bilməyəcək. Hətta qolkiper sağalandan sonra yenidən zədə almaq ehtimalını nəzərə alaraq məşqlərə və oyunlara qoruyucu “maska”da çıxacaq.           

Xəbər xətti