Zlatan İbrahimoviç yenidən "Milan"da?

02:15 - 10 Aprel 2015

“Rossonerlər”in isveçli hücumçuya ehtiyacı var   
 
İtaliya A seriyasında qeyri-stabil qrafik cızan “Milan” klubu növbəti mövsümün transferlerini indidən reallaşdırmağa hazırlaşır. 
 
Sportal.az xəbər verir ki, “rossonerlər”  hücumçu Zlatan İbrahimoviçi yenidən düşərgəyə qatmaq istəyir.
 
2010-2012-ci illərdə “Milan”da forma geyinən isveçli futbolçunun transferini həll etmək üçün klubun vitse-prezidenti Adriano Qalliani hərəkətə keçib. Mino Rayol ilə danışan klub rəsmisi futbolçunun agentindən İbrahiimoviçin PSJ ilə  müqavilə bağlamamasını istıəyib. 

Xəbər xətti