Teves "Boka Xuniyors" yolunda

01:20 - 11 Aprel 2015

Argentinalı futbolçu “Yuventus”dan ayrılır
 
Argentinanın “Boka Xuniyors”  klubu Karlos Tevesi heyətinə qatmağa hazırlaşır.
 
Sportal.az xəbər verir ki, klubun hazırkı sahibi Maurisiyo Makri yenidən prezedent seçilərsə, “Yuventus”un hüçumçusu ilə razılıq əldə olunacaq.
 
İtaliya mətbuatının yaydığına xəbərə görə, tərəflər arasında razılıq əldə olunsa, Teves  10 milyon qazanacaq. Futbola sözügedən komandada başlayan hücumçu karyerasını Argentina klubunda başa vurmaq istədiyini açıqlayıb.
 
 
Xatırladaq ki, cari mövsüm “Yuventus”un heyətində 37 oyuna çıxan argentinalı forvard rəqib qapılarından 25 top keçirib.

Xəbər xətti