"Borussiya"dan türk əsilli futbolçuya fantastik təklif

13:02 - 11 Aprel 2015

Müqaviləni uzada bilər

 

2016-cı ildə Dortmund "Borussiya"sı ilə müqaviləsi bitəcək İlkay Gündoğan daha 4 il komandada çıxış edə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, türk əsilli almaniyalı futbolçunu komandada saxlamaq istəyən Dortmund təmsilçisi 24 yaşlı futbolçuya illik 6.5 milyon avroluq müqavilə təklif edib.

 

Qeyd edək ki, Gündoğan müqavilə ilə qərarını bir qədər düşündükdən sonra açıqlayacağını bildirib.

Xəbər xətti