"Əlincə" Nigeriya klubu ilə bacarmadı

18:53 - 11 Aprel 2015

Qarşılaşmada 6 qol
 
Növbəti mövsüm 1-ci dəstədə mübarizə aparmağı hədəfləyən “Əlincə” bu gün yoxlama oyunu keçirib.
 
Sportal.az xəbər verir ki, Masazır stadionunda baş tutan oyunda rəqib Nigeriyanın “City Rollers” komandası olub. Görüşdə hesabı  "Əlincə" açıb. Adəm Əsgərov topu yaxın küncə göndərərək səssizliyi pozub. Ancaq tədricən təşəbbüsü ələ alan Afrika təmsilçisi ardıcıl vurduğu 5 qolla yekunda 5:1 hesablı qələbə qazanıb.
 
“Əlincə” - Cavid Adıgözəlzadə, Ramazan Məmmədli (k), Fəxrəddin Əsgərov, Adəm Əsgərov, Rasim İbrahimov, Tural Məmmədov, Əli Əliyev, Xaliq İbrahimov, Malik Bayramov, Elçin Əliyev, Qara Qarayev
 
Ehtiyat oyunçular: Elşən Miriyev, Kazbek Qafarov, Taleh Həsənov, Şərif Şərifov, Elçin Mustafayev, Emil Rzayev
 
Baş məşqçi: Vasili Çeişvili

Xəbər xətti