Pelleqrinini baş məşqçi postunda kim əvəzləyəcək?

19:25 - 11 Aprel 2015

“Mançester Siti”ni argentinalı mütəxəssis çalışdıra bilər
 
“Mançester Siti” klubunun yeni baş məqçisi Alexandro Sabelya ola bilər.
 
Sportal.az xəbər verir ki, yayda “şəhərlilər” hazırkı çalışdırıcı Manuel Pelleqrini ilə yollarını ayıracaq.
 
Əgər komanda mövsümün sonunda çilili mütəxəssisin rəhbərliyi altında çempion olmasa, onda “Mançester Siti” rəhbərliyi baş məşqçi postunu Alexandro Sabelyaya həvalə edəcək.
 
Qeyd edək ki, 60 yaşlı mütəxəssis DÇ-2014-də Argentina milli komandasını finala qədər aparıb.    

Xəbər xətti