Ruslansız "Hayduk" məğlub oldu

00:53 - 12 Aprel 2015

Futbolçumuz qarşılaşmanı ehtiyyat skamyasından izləyib
 
Xorvatiya çempionatında 28-ci turun oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası - "Hayduk" da növbəti matçına çıxıb. Split klubu səfərdə "İstra" ilə qarşılaşıb. Matç "Hayduk"un 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Ruslan bu qarşılaşmada "18-lik"də olsa da, forma geymək şansı qazanmayıb.
 
Qeyd edək ki, "Hayduk" hazırda 37 xalla 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti