Balotelli "Liverpul"dan ayrılır

14:42 - 12 Aprel 2015

Buna səbəb futbolçunun ona bəslənilən ümidləri doğrultmamasıdır
 
"Liverpul" cari mövsümün sonunda hücumçusu Mario Balotelli ilə yollarını ayırmaq qərarına gəlib.
 
Sportal.az xəbər verir ki, buna səbəb futbolçunun ona bəslənilən ümidləri doğrultmamasıdır. Bu mövsü “Liverpul”da 25 rəsmi oyuna çıxan italiyalı forvar cəmi 4 qol vurub. 
 
Qeyd edək ki, ötən  yay 20 milyon avro qarşılığında "Milan"dan transfer edilən 25 yaşlı futbolçu ABŞ-ın "Orlando Siti" klubundan təklif alıb.
 

Xəbər xətti