"İnter" legionerlərin hesabına...

16:35 - 12 Aprel 2015

Son 31 matçın hamısında legionerlər fərqlənib

 

İtaliya A Seriyasında mübarizə aparan "İnter" çempionatın son turunda səfərdə "Verona"nı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.

 

Sportal.az xəbər verir ki, Rodriqo Palasio, Mauro İkardi və Morasın avtoqolu ilə qələbəni bayram edən "İnter"in heyətində son 31 matçın hamısında legionerlər fərqlənib. 

 

Qeyd edək ki. təqdim edilən statistikada Milan klubunun çıxış etdiyi bütün turnirlər nəzərə alınıb.

Xəbər xətti