Subaşiç qırmızı vərəqə ilə cəzalandı, Ufuk Budak sevindi

17:30 - 12 Aprel 2015

27-ci turun matçı

 

Türkiyə PTT 1-ci liqasında 27-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB" səfərdə Branimir Subaşiçli "Manisaspor"un qonağı olub. Hər iki futbolçunun 90 dəqiqə meydanda olduğu görüşdə sevinən tərəf qonaqlar olub. 0:2. Əlavə edək ki, Subaşiç 90 dəqiqəyə əlavə edilən 3-cü dəqiqədə qırmızı vərəqə almaqla yadda qalıb.

 

Qeyd edək ki, 27 turdan sonra "Qaziantep BB" 9-cu, "Manisaspor" isə 15-ci pillədə yer alıb.

Xəbər xətti