Mario Balotelliyə ABŞ-dan dəvət

19:15 - 12 Aprel 2015

"Liverpul" italiyalı hücumçuyla yollarını ayırır
 
"Liverpul" klubu mövsümün sonunda hücumçusu Mario Balotelli ilə yollarını ayırmaq qərarına gəlib.
 
Sportal.az xəbər verir ki, buna səbəb futbolçunun ona bəslənilən ümidləri doğrultmamasıdır. Cari mövsüm “Liverpul”un heyətində 25 oyuna çıxan italiyalı forvard cəmi 4 qol vurub. 
 
Qeyd edək ki, ötən  yay 20 milyon avro qarşılığında "Milan"dan transfer edilən 25 yaşlı futbolçu ABŞ-ın "Orlando Siti" klubundan təklif alıb.

Xəbər xətti