Fabreqas "Çelsi"yə qələbə qazandırdı VİDEO

19:30 - 12 Aprel 2015

KPR iki dəqiqə dözə bilmədi
 
İngiltərə Premyer Liqasında  32-ci turun qalan oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, lider “Çelsi” səfərdə “Kuins Park Reyncers”in qonağı olub. 
 
Joze Mourinyonun komandası rəqibinə çətinliklə qalib gəlib. London təmsilçisinə qələbə gətirən qolu 88-ci dəqiqədə Çesk Fabreqas vurub.
 
 
KPR – “Çelsi”  0:1
Qol: Fabreqas, 88 
 
 
 

Xəbər xətti