"Napoli" – "Fiorentina" 3:0 VİDEO

20:15 - 12 Aprel 2015

Benitesin komandasından növbəti qələbə
 
İtaliya A seriyasında 30 turun qalan oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Napoli” doğma meydanda “Fiorentina”nı sınağa çəkib.
 
Rafael Benitesin komandası rəqibin qapısından 3 cavabsız top keçirib. 23-cü dəqiqədə Mertensin qolu ilə fasiləyə üstün yollanan ev sahibləri ikinci hissədə Qamşik və Kalyexonla rəqib qapısının  torunu daha iki dəfə silkələyib.
  
“Napoli” – “Fiorentina”  3:0
Qollar: Mertens, 23, Qamşik, 71, Kalyexon, 89
 
 
 
 

Xəbər xətti