"Latsio" "Empoli"yə rəhm etmədi VİDEO

01:10 - 13 Aprel 2015

Paytaxt təmsilçisiindən möhtəşəm qələbə  
 
İtaliya A seriyasında 30 turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, hesabat turunda “Latsio” doğma meydanda “Empoli”ni sınağa çəkib. Uğurlu çıxışını davam etdirən paytaxt təmsilçisi rəqibini darmadağın edib.
 
Böyükhesablı qələbənin təməlini komandanın kapitan Mauri qoyub. Kloze və Kanrevanın qolları ilə meydan sahibləri fasiləyə 3:0 öndə yollanıblar. İkinci hissənin əvvəlində Anderson fərqlənərək hesab arasında fərqi 4:0-a çatdırıb.       
 
“Latsio” – “Empoli”  4:0
Qollar: Mauri, 4, Kloze, 31, Kandreva, 44, Anderson, 53  
 
 
 

Xəbər xətti