"Milan" – "Sampdoriya" 1:1 VİDEO

01:45 - 13 Aprel 2015

Alfred qapıları səhv saldı  
 
İtaliya A seriyasında 30-cu turun oyunlarına yekun vurulub. 
 
Sportal.az xəbər verir ki, son qarşılaşmada “Milan” doğma divarlar araxasında  “Sampdoriya” ilə qarşılaşıb.
 
İlk yarıda tərəflər fərqlənə bilməsə də, fasilədən sonra qapılara qol vurulub. 58-ci dəqiqədə Soriano qonaqları hesabda önə keçirib.
 
Məğlub durumda olan milanlılar hücumda təzyiqi artıraraq bərabərliyi əldə edib. Lakin topun qapıda keçməsinə rəqib müdafiəçi Alfredin kömək edib. Məhz top “Sampdoriya”lı futbolçuya dəyəndən sonra  səmtini dəyişərək qapı toruna daxil olub.        
 
 
“Milan” – “Sampdoriya”  1:1
Qollar: Alfred, 75-öz qapısına - Soriano, 58
 
 
 

Xəbər xətti