"Simurq"da maliyyə problemi: İki aydır maaşlar verilmir

14:02 - 13 Aprel 2015

Legionerlər klubu tərk edə bilər
 
Cahangir Hacıyevin Beynəlxalq Bankın prezidenti vəzifəsindən istefa verməsindən sonra “Simurq” klubu ciddi maliyyə problemi ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, məşqçilər korpusu, futbolçular və inzibati heyət son iki ayın (fevral və mart) maaşlarını ala bilməyib.
 
“Əmək haqqının nə vaxt veriləcəyi saul altındadır. Son 10 gündə rəhbərlik “bu gün, sabah” vədini versə də, ortada yekun nəticə yoxdu. Cahangir Hacıyevin tutduğu vəzifədən istefa verməsindən sonra klubun prezidenti Anar Bəkirov ağız açmağa konkret adam tapa bilmir. O da öz növbəsində gözləmə mövqeyi tutub vəziyyətin yaxşıya doğru dəyişəcəyinə ümid edir” – deyə "Futbol +" qəzetinin məlumatında bildirilib.
 
O da qeyd olunur ki, vəziyyət düzəlməsə, mövsümün sonu legionerlər klubu tərk edə bilər. 

Xəbər xətti