Kamran Ağayevli "Kayserispor" növbəti matçına çıxır

14:52 - 13 Aprel 2015

Turun son qarşılaşması
 
Bu gün Türkiyə PTT birinci liqasında 27-ci tura yekun vurulacaq.
 
Sportal.az xəbər verir ki, milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" səfərdə "Alanyaspor"la üz-üzə gələcək. Son oyunlarda uğurlu çıxışı ilə özündən söz etdirən Kamranın bugünkü matçda da meydana çıxması gözlənilir. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. "Kayserispor" hazırda 56 xalla turnir cədvəlinə liderlik edir. 

Xəbər xətti