"Qəbələ"nin baş məşqçisi və futbolçusu hakimi təhqir etdi, AFFA cəzalandırdı

13:25 - 14 Aprel 2015

Komitənin iclası

 

İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda aşağı yaş qruplarında çıxış edən komandalar da cəzalanıb.

 

6 aprel 2015-ci il U-17 Liqasının “Sumqayıt” – “Bakı” matçının 102-ci dəqiqəsində “Bakı”  klubunun 15 №-li futbolçusu Əmrah Bayramov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. Oyunun 113-cü dəqiqəsində “Sumqayıt”  klubunun 9 №-li futbolçusu Orxan Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

 

7 aprel 2015-ci il U-15 Liqasının “Vətən” – “Qəbələ” matçının 65-ci dəqiqəsində “Vətən” klubunun 9 №-li futbolçusu İbrahim Ələkbərov öz komanda yoldaşlarını təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.

 

4 aprel 2015-ci il U-13 Liqasının “Bakı Kəndləri” – AZAL matçının 146-cı dəqiqəsində AZAL  klubunun 9 №-li futbolçusu Ənvər Kərimov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

 

12 aprel 2015-ci il Futzal üzrə Azərbaycan birinciliyinin “Batmen-Montin” – “Barsamaniya” matçında “Barsamaniya” klubunun iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir.

 

12 aprel 2015-ci il futzal üzrə Azərbaycan birinciliyinin “Kərki” – “Şahdağ” matçının 39-cu dəqiqəsində “Şahdağ” klubunun 10 №-li futbolçusu Zaur Ciyərxanov      idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

 

12 aprel 2015-ci il Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Vebtek” – “Ulduz” matçında “Vebtek” klubunun iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir.

 

12 aprel 2015-ci il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Amrahbank” – “Titan” matçının 33-cü dəqiqəsində “Titan” klubunun 4 №-li futbolçusu Mahmud Xirəliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

 

11 aprel 2015-ci il futzal üzrə Azərbaycan həvəskarlar birinciliyinin “Zirvə” – “Yeni Günəşli” matçının 28-ci dəqiqəsində “Yeni Günəşli” klubunun 3 №-li futbolçusu Samir Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

 

5 aprel 2015-ci il Azərbaycan həvəskarlar birinciliyinin  “Binə Bələdiyyəsi” – “Laçın” matçının 58-ci dəqiqəsində “Laçın”  klubunun 11 №-li futbolçusu Şahin Məmmədovun hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.

 

6 aprel 2015-ci il Azərbaycan həvəskarlar birinciliyinin  “Qəbələ” – “Şərur” matçının 70-ci dəqiqəsində “Şərur” klubunun 18 №-li futbolçusu Coşqun Süleymanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.

 

12 aprel 2015-ci il Azərbaycan həvəskarlar birinciliyinin  “Mil” – “Sabunçu” matçının 76-cı dəqiqəsində “Mil” klubunun 11 №-li futbolçusu Fariz Əsədli hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.

 

12 aprel 2015-ci il Azərbaycan həvəskarlar birinciliyinin  “Şərur” – “Qəbələ” matçının 83-cü dəqiqəsində “Şərur” klubunun 10 №-li futbolçusu Elvin Əlizadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır. Oyunun 83-cü dəqiqəsində “Qəbələ” klubunun 36 №-li futbolçusu Rafael Cəbrailov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır. Oyunun 89-cu dəqiqəsində “Qəbələ” klubunun 25 №-li futbolçusu Azad Əzimli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.  Oyunun 11-ci dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Ruslan Hüseynov hakimlər briqadasın təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır.  Oyun başa çatdıqdan sonra “Qəbələ” klubunun 7 №-li futbolçusu Ramal Əhmədov hakimlər briqadasın təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır.

 

 

Xəbər xətti