"Neftçi" "Əlincə"ni məğlub etdi

17:33 - 14 Aprel 2015

26-cı turun matçı

 

Bu gün U-15 liqasında 26-c turun görüşləri keçirilib.

 

Sportal.az xəbər verir ki, "Əlincə" doğma meydanda “Neftçi”” ilə qarşılaşıb. İlk hissədə "Əlincə" rəqibi qapısına doğru sıxışdırmağı bacarıb. Ancaq yekunda qol səsi çıxmayıb.

 

İkinci yarıda isə tədricən qonaqların əks-hücumlarla komandamızı məyus etmək cəhdləri hiss olunub. Nəticədə sağ cinahdan verilən ötürməni “ağ-qaralar” qola çevirib. Bundan sonra uzun müddət “Əlincə” tarazlığı bərpa etmək üçün çoxsaylı hücumlar qurub. Ancaq gözlənilənlərin əksinə, “Neftçi” daha iki dəfə fərqlənərək, yekunda 3:0 hesablı qələbə qazanıb.

Xəbər xətti