"Messinin qarşısını almaq mümkün deyil"

21:30 - 14 Aprel 2015

Loran Blan: “Ona açıq zona versək, futbolçu istədiyini edəcək”
 
Çempionlar Liqasının ¼ final mərhələində “Barselona” ilə ilk oyunöncəsi PSJ klubunun baş məşqçisi Loran Blan maraqlı açıqlama verib.
 
Sportal.az xəbər verir ki, parislilərin çalışdırıcısı Kataloniya təmsilçisinin hücum xəttində Lionel Messidən çəkindiyini bildirib:
 
“Messinin qarşısını almaq mümkün deyil. Bütün turnirləri nəzərə alsaq təkcə o, bu il 45 top vurub. Messiyə qarşı diqqətli olmalıyıq. Ona açıq zona versək, futbolçu istədiyini edəcək.
 
Argentinalı hücumçuya topla hərəkət etməsinə və ötürmələr verməsinə mane olmalıyıq. Əgər bu işin öhdəsindən gələ bilsək, onda mərhələni adlamaq şansımız olacaq. Əks halda “Barselona” yenə də cütün qalibi olacaq”.  

Xəbər xətti