"Real" "Atletiko" ilə bacarmadı, "Yuventus" qalib gəldi

01:41 - 15 Aprel 2015

2 oyuna 1 qol
 
Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına start verilib. 
 
Sportal.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. 
 
"Yuventus" doğma meydanda "Monako"nu qəbul edib. Turin təmsilçisi bu görüşün favoriti hesab olunsa da, 1/8 finalda "Arsenal"ı mübarizədən kənarlaşdıran Fransa təmsilçisinin rəqibinə ciddi müqavimət göstərəcəyi gözlənilirdi. Görüş “Yuventus”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Ötən ilin finalçıları - "Real" və "Atletiko" bu dəfə 1/4 finalda qarşılaşıblar. Oyunda qapılara qol vurulmayıb.
 
Qeyd edək ki, 1/4 finalın daha iki qarşılaşması bu gün keçiriləcək.
 
 
14 aprel
 
Çempionlar Liqası, 1/4 finalın ilk oyunları
 
23:45. "Yuventus" (İtaliya) - "Monako" (Fransa) 1:0
Qol: Arturo Vidal, 57
 
23:45. "Atletiko" (Madrid, İspaniya) - "Real" (Madrid, İspaniya) 0:0
 

Xəbər xətti