"Yuventus" – "Monako" 1:0 VİDEO

02:00 - 15 Aprel 2015

Vidal komandasına qələbə bəxş etdi
 
Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, “Yuventus” Turində knyazlıq təmsilçisi “Monako”nu sınağa çəkib.
 
Bu qarşılaşmada oyunun taleyini  bir top həll edib. Arturo Vidalın 11  metrlik cərimə zərbəsindən vurduğu qol “Yuventus” a qələbə qazandırıb.
 
 
Çempionlar Liqası 1/4 final mərhəlsinin ilk oyunu
 
“Yuventus” (İtaliya) – “Monako” (Fransa)  1:0
Qol: Vidal, 57-pen
 
 
 

Xəbər xətti