"Real"ın müdafiəçisi Mandzukiçi belə qanına boyadı

15:15 - 15 Aprel 2015

Serxio Ramos: "Onu istəmədən vurdum"  
 
Çempionlar Liqasının ¼ final mərəhləsinin ilk matçında “Atletiko” – “Real” qarşılaşmasnda hücumçu Mario Mandzukiç qanına boyanıb.
 
Sportal.az xəbər verir ki, 51-ci dəqiqədə top uğrunda hava mübarizəsində müdafiəçi Serxio Ramos xorvatlyalı fubolçuya dirsəklə zərbə endirib.
 
Sifəti qana boyanan Mandzukiçə həkimlər tibbi yardım göstərib və xorvatiyalı forvard oyunun davam etdirib. Lakin həmin epizodda hakim nədənsə Ramosa qırmızı vərəqə verməyib. “Real”ın aparıcı üzvü rəqibini bilərəkdən vurmadığını etiraf edib:
 
"Hansısa qayda pozuntusu barədə danışmaq istəmirəm. Çünki bunun üçün hakim var. Ümumiyyətlə, həmin epizodda Mandzukiçin yaxınımda və ya uzaqda olduğunu bilmirdim. Onu istəmədən vurdum".

Xəbər xətti