Ruslan Qurbanov baş məşqçisiz qaldı

17:56 - 15 Aprel 2015

Yeni baş məşqçi məlum oldu
 
Xorvatiyanın "Hayduk" klubu baş məşqçisiz qaldı.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası son dövrlər uğursuz çıxış etdiyindən, klub rəhbərliyi baş məşqçi Stanko Poklepoviçi postundan uzaqlaşdırıb.
 
Mövsümün sonunadək baş məşqçi səlahiyyətlərini Qoran Vuçeviç yerinə yetirəcək. Poklepoviçin dövründə elə də çox forma şansı qazanmayan və daha çox yoxlama oyunlarında meydana çıxan Qurbanovun bundan sonra hansı aqibətlə üzləşəcəyi maraqla gözlənilir.

Xəbər xətti