Klopp "Borussiya"dan ayrılacağını təsdiqlədi

19:41 - 15 Aprel 2015

Baş məşqçi qərarını açıqladı
 
"Borussiya"nın baş məşqçisi Yurgen Kloppun mövsümün sonunda komandanı tərk edəcəyi xəbəri öz təsdiqini tapıb.
 
Sportal.az xəbər verir ki, mətbuat konfransı keçirən alman mütəxəsis ayrılıq qərarını açıqlayıb.
 
Klopp 2008-ci ildən etibarən Dortmund klubunu çalışdırırdı. Onun rəhbərliyi altında "Borussiya" 2 dəfə Bundesliqanın qalibi olmuşdu.
 
Yurgen Klopp həmçinin iki dəfə (2011, 2012) Almaniyada ilin məşqçisi seçilib.

Xəbər xətti